...

Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Hadisə Materials 21 Yanvar 2013 12:13 (UTC +04:00)
Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında partlayış olub.
Bakıda yaşayış evində partlayış olub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 21 yanvar /Trend. müxbir İ.İzzət/

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında partlayış olub.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzilin qapı-pəncərə çərçivələri və eyvanı dağılıb, 1-ci mərtəbədən 3-cü mərtəbəyədək eyvanlar qismən dağılıb, qapı-pəncərə şüşələrində və üzbəüz beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində pəncərə şüşələrində qismən qırılmalar olub. Yanğın baş verməyib.

Partlayış zamanı evdə olan 2 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya aparılıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti