Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Xaçmazda qızıl oğrusu həbs olunub.
Trend Regional TV-yə istinadən xəbər verir ki, o, rayon sakininə məxsus 5000 manat dəyərində qızıl əşyaları oğurlayıb.
Xaçmaz rayon Polis Şöbəsinə yanvarın 19-da rayon sakini Sərxan Sultanovun evindən 5000 manat dəyərində qızıl əşyaları oğurlaması ilə bağlı məlumat daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq edən Yergüc kənd sakini, əvvəllər məhkum olunan Vasif Sultanov həbs olunub.