Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/
Bakının Yasamal rayonunda 72 yaşlı kişi özünü karnizdən asaraq intihar edib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 24-də 1941-ci il təvəllüdlü Eminov Rafiq Heydər oğlu Mirzə Fətəli küçəsi, 125 ünvanında yerləşən mənzilində özünü pərdə karnizindən asaraq intihar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.