Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İzzət/
Salyanda yaşayış evində partlayış olub, xəsarət alan var.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Salyan rayonunda yaşayan Əhmədağa Ağayevə məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə evə qismən ziyan dəyib, Ağayevin qızı Gülnar xəsarət aldığından xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Salyanda yaşayış evində partlayış olub, xəsarət alan var
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Salyan rayonunda yaşayan Əhmədağa Ağayevə məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.
