...

Şəmkirdə FHN əməkdaşı ağır yol qəzasında ölüb

Hadisə Materials 1 Fevral 2013 20:47 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsində avtomobil yolunun Yeniabad kəndi ərazisindən keçən hissəsində ağır yol qəza hadisəsi baş verib.
Şəmkirdə FHN əməkdaşı ağır yol qəzasında ölüb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Şəmkirdə FHN əməkdaşı ağır yol qəzasında ölüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsində avtomobil yolunun Yeniabad kəndi ərazisindən keçən hissəsində ağır yol qəza hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsinin baş müstəntiqi Pakizə Quliyeva bildirib ki, "VAZ 21 015" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan FHN-in xüsusi riskli xilasetmə dəstəsinin bölük komandiri Elçin Yaşar oğlu Rzayev dünyasını dəyişib.

FHN-in digər əməkdaşı, gizir Emin Məzahir oğlu İsgəndərov ağır bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti