...

Salyanda iki avtomobil toqquşub, ölənlər var

Hadisə Materials 5 Fevral 2013 18:42 (UTC +04:00)
Salyan rayonunda “Mercedes” və “Fiat” markalı iki minik avtomobili toqquşub.
Salyanda iki avtomobil toqquşub, ölənlər var

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Salyan rayonunda "Mercedes" və "Fiat" markalı iki minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal FHN-in Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində 2 nəfərin meyiti sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış meyidləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Həmçinin, ərazidə təhlükəsizlik tədbirləri görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti