...

DİN məktəbə bomba qoyulması haqqında yalan məlumat vermiş şəxsin adını açıqladı

Hadisə Materials 11 Fevral 2013 13:54 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "102" Zəng Mərkəzinə zəng edərək Xırdalanda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib. Həmin şəxsin Masallı rayon sakini Yusif Mikayılov olduğu aydınlaşıb.
DİN məktəbə bomba qoyulması haqqında yalan məlumat vermiş şəxsin adını açıqladı

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

"102" Zəng Mərkəzinə zəng edərək yalan məlumat verənin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "102" Zəng Mərkəzinə zəng edərək Xırdalanda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib. Həmin şəxsin Masallı rayon sakini Yusif Mikayılov olduğu aydınlaşıb.

Qeyd edək ki, fevralın 9-da saat 16:56-da naməlum şəxs telefonla "102" Zəng Mərkəzinə zəng edərək, "Xırdalan şəhərindəki 2 saylı orta məktəbə bomba qoymuşam" deyərək dəstəyi asmışdı.

Növbətçi Hissələri İdarəetmə Xidməti və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının gördüyü müvafiq tədbirlər nəticəsində məlumat təsdiqini tapmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti