...

Bakıda idman zallarında vətəndaşların pulu və mobil telefonlarına qənim kəsilən şəxs tutulub

Hadisə Materials 13 Fevral 2013 12:31 (UTC +04:00)
Bakıda idman komplekslərinin soyunub-geyinmə otaqlarından oğurluq edən şəxs yaxalanıb.
Bakıda idman zallarında vətəndaşların pulu və mobil telefonlarına qənim kəsilən şəxs tutulub

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda idman komplekslərinin soyunub-geyinmə otaqlarından oğurluq edən şəxs yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 6-da M.X.Şərifli küçəsində yerləşən "Start" idman kompleksinin geyinmə otağında Bakı şəhər sakini Aydın İsmayılovun pulu və mobil telefonu oğurlanıb. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Rəhimov tutulub və ondan 0,255 qram heroin aşkar edilib.

Rəhimovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı narkotik vasitəni ona satan əvvəllər məhkum olunmuş Əhəd Əliyev tutulub və ondan 0,240 qram heroin, 3 ədəd mobil telefon aşkar edilib.

Daha sonra müəyyən edilib ki, Rəhimov "Start" idman kompleksində Araz Babayevin də mobil telefonunu oğurlayıb. Bu istiqamətdə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, o, fevralın 2-də Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən İdman-Sağlamlıq Mərkəzinin geyinmə otağından Şamil İsazadənin pulunu, Cavidan Mustafayevin, Hüseyn Qiyasovun, Əbdüləziz Aslanovun və Nihad Vəliyevin pulunu və mobil telefonunu oğurlayıb.

Bundan başqa o, yanvarın 27-də Nərimanov rayonunda yerləşən "Gənclik ASC"nin futbol meydançasının geyinmə otağından Zaur Zamanovun və Əmrah Məmmədzadənin mobil telefonunu, Cəmşid Rzaquliyevin, Mirəfqan Sultanovun, Adnan Hacıyevin, Emil Əsgərovun, Orxan Əliyevin pulunu, Nicat Xəlilovun isə mobil telefonu və pulunu oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti