...

Kürdəmirdə yanacaqla dolu avtoçənin aşması nəticəsində yanğın baş verib

Hadisə Materials 18 Fevral 2013 23:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaş tərəfindən idarə olunan "KAMAZ" markalı yanacaqla dolu avtoçən idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğın baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir ki, yanğın nəticəsində avtoçənin yanar hissələri, çəndə olan 31,8 ton yanacaq ətrafa dağılaraq 40 kv. m sahədə yanıb. Hadisə zamanı avtomobilin sürücüsü 1950-ci il təvəllüdlü Nadir Muxtarov və avtomobildə olan köməkçi-sürücü 1968-ci il təvəllüdlü Rahil Kərimov əl və üz nahiyələrindən aldıqları müxtəlif dərəcəli yanıq xəsarətləri ilə vətəndaşlar tərəfindən rayon xəstəxanasına aparılıblar.

Ətrafda olan avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 19:39-da yanğınsöndürənlər tərəfindən başa çatıb.

Xəbər lenti

Xəbər lenti