Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir A.Tağıyeva/
Türkiyədə terrorçu "İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi" (DHKP-C) ilə əlbir olmaqda şübhəli bilinən 167 nəfər saxlanılıb. Bu barədə Trend çərşənbə günü "TRT Haber" telekanalına istinadən məlumat verir.
Şübhəlilərin saxlanması üzrə əməliyyat ölkənin 28 vilayətində aparılıb.