...

Bakıda bir nəfər "VAZ-2107"-nin qurbanı oldu

Hadisə Materials 1 Mart 2013 10:40 (UTC +04:00)
Buzovna-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakıda bir nəfər "VAZ-2107"-nin qurbanı oldu

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Buzovna-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, fevralın 28-də Xətai rayonunda, Buzovna-Bilgəh yolunda "Nəzir market"in qarşısında "VAZ-2107" markalı "90-FJ-079" dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü, 1989-cu il təvəllüdlü Əliyev Elvin Aşur oğlu yolu keçən piyada, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Mürvətov Tahir Məmməd oğlunu vurub.

Nəticədə zərərçəkmiş hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti