Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevral 28-də saat 00.50 radələrində Gəncə şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Nüşabə Məlikova vurulub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada Məlikova orada vəfat edib.
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində hadisənin "VAZ-21074" markalı avtomaşının sürücüsü, şəhər sakini Sadiq Məhərrəmov tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.