Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/
Bu gün gecə saat 03.05 dəqiqədə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Əmikişiyev Raqil Arazxan oğlu qəflətən vəfat edib. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ölümün hansı səbəbdən baş verdiyi ilə əlaqədar prokurorluq orqanları araşdırma aparır. Müdafiə Nazirliyi Raqilin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.