...

Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə baş verən ölüm faktı məsələsinə aydınlıq gətirib

Hadisə Materials 4 Mart 2013 10:58 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş verən ölüm faktı ilə bağlı cinayət işinin açıldığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə baş verən ölüm faktı məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş verən ölüm faktı ilə bağlı cinayət işinin açıldığını bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş açıb, nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.

Hadisə ilə baglı cinayət işi başlanıraraq, istintaq araşdırması aparılır.

Məlumata görə, isə həmçinin martın 3-də N saylı hərbi hissəsinin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti