Azərbaycan, Bakı, 9 mart /Trend/
Gəncədə teplovozda yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda "FATOĞLU"un fabrikinə məxsus teplovozun (teplovoza qoşulmuş 9 yük vaqondan 2 vaqonun hər birində 85 ton taxıl, 7 vaqon isə boş olmuşdur) kabina və mühərrik hissəsi yanıb.
Teplovozun qalan hissəsi və qatarlar yanğından mühafizə olunub. Yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.