...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 17 Mart 2013 03:28 (UTC +04:00)
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Azərbaycan, Bakı, 17 mart /Trend/

Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan hazırda fəaliyyat göstərməyən sexin taxta konstruksiyalardan ibarət arakəsmə divarı 15 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Gəncə şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 18 kv. m olan 2 otaqdan ibarət mənzilin yanar konstuksiyaları və 1- ci mərtəbədən 4- cü mərtəbəyə qədər eyvanların taxta materiallardan ibarət arakəsmələri 8 kv.m sahədə yanıb.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı yuxarı mərtəblərdən 16 nəfər bina sakini təxliyə olunub.

Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti