...

Gəncədə cinayət aləmində tanınan şəxs güllələnib

Hadisə Materials 23 Mart 2013 09:40 (UTC +04:00)
Gəncədə martın 23-də səhər tezdən cinayət aləmində tanınan İbrahim Fürətmənli güləllənib.
Gəncədə cinayət aləmində tanınan şəxs güllələnib

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Mehdiyev/

Gəncədə martın 23-də səhər tezdən cinayət aləmində tanınan İbrahim Fürətmənli güləllənib.

Trend-in məlumatəna görə, Fürətmənli Gəncənin "Daş körpü" adlanan ərazisində cinayət aləmində tanınan digər şəxslərlə mübahisə zamanı "Makarov" tapançası ilə güllələnib. Hadisə yerində iki güllə tapılıb.

Fürətmənli hadisə nəticəsində ağır yaralanıb.

Gəncə Şəhər Baş Polis İdarəsindən Trend-ə məlumatı təsdiqləyiblər. İdarədən bildiriblər ki, cinayəti törədən şəxs artıq saxlanılıb. Hadisənin motivləri və cinayəti törədən şəxsin kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti