Azərbaycan, Bakı, 24 mart /Trend/
Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda, mənzildə, bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar.
Mənzilə baxış keçirilərkən 1928-ci il təvəllüdlü Əliyeva Bəsirə Əbdüləhəd qızı vanna otağında yıxılmış və halsız vəziyyətdə aşkarlanıb.
Qeyd olunan şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:40-da başa çatıb.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda, mənzildə, bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olublar.
Mənzilə baxış keçirilərkən 1948-ci il təvəllüdlü Ağayeva Firuzə Həmid qızı dəhlizdə yıxılmış və halsız vəziyyətdə aşkarlanıb.
Qeyd olunan şəxs xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:54-də başa çatıb.