...

Ötən gecə iki yanğın baş verib

Hadisə Materials 25 Mart 2013 10:36 (UTC +04:00)
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri iki yanğını söndürüblər.
Ötən gecə iki yanğın baş verib

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri iki yanğını söndürüblər. Trend bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayonunun Nehrəxəlil kəndində (rayon mərkəzindən 10 km aralı) yanğın hadisəsi baş verib. həmin kənddə vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 500 kiloqram ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın isə Bakı şəhəri, Nəsimi rayonunda baş verib. Burada vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti