...

Tayvanda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 86-ya çatıb

Hadisə Materials 28 Mart 2013 08:10 (UTC +04:00)
Tayvanda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 86-ya çatıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bundan öncə bir nəfərin ölməsi və 19 nəfərin yaralanması haqqında xəbər yayılmışdı.
Tayvanda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 86-ya çatıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

Tayvanda baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 86-ya çatıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bundan öncə bir nəfərin ölməsi və 19 nəfərin yaralanması haqqında xəbər yayılmışdı.

Tayvanın fövqəladə hallar komissiyasının nümayəndələrinin sözlərinə görə, yaralananların çoxu müxtəlif əşyaların üzərilərinə düşməsi nəticəsində olub.

Bildirilir ki, bir nəfər ağır vəziyyətdədir. Zəlzələnin qurbanı isə 72 yaşlı qadın olub.

Xatırladaq ki, bu regionda 1999-cu ildə baş vermiş 7.6 ballıq zəlzələ zamanı 2300 nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti