Azərbaycan, Bakı, 29 mart /Trend/
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə qarşı sui-qəsdin sifarişçisi Abdullah Uçmaka 35 il 6 ay həbs cəzası verilib. Bu barədə Trend cümə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.
Müğənnini güllələyən Ersin Altun isə 28 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qalmışdı. Müğənni həyatına sui-qəsd zamanı başından ağır güllə yarası almış, assistenti isə çiynindən vurulmuşdu.