...

Daxili Qoşunların iki günlük əsgəri yıxılaraq ölüb

Hadisə Materials 12 Aprel 2013 11:32 (UTC +04:00)
Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində əsgər ölümü baş verib.
Daxili Qoşunların iki günlük əsgəri yıxılaraq ölüb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İzzət/

Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində əsgər ölümü baş verib.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlu hərbi hissənin yataqxanasının 3-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Nəticədə əsgər Hüseynov ağır xəsarətlərlə hospitala yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mətbuat xidmətindən verilən məlumata görə, əsgər Hüseynov hərbi hissəyə aprelin 9-da gətirilib və onun adı hələ heç Daxili Qoşunların adlar siyahısına da salınmayıb.

Hazırda hadisənin hansı səbəblərdən baş verməsi istiqamətində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti