...

Azərbaycanın Milli Ordusunun əsgəri vəfat edib

Hadisə Materials 20 Aprel 2013 11:34 (UTC +04:00)
Fakt üzrə cinayət işi başlanılmışdır.
Azərbaycanın Milli Ordusunun əsgəri vəfat edib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Milli Ordusunun əsgəri silahdan ehtiyatsız davrandığına görə vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Fakt üzrə cinayət işi başlanılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti