Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/
Nargin adasının ərazisində 40-45 yaşlı qadın meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-də Nargin adasının ərazisində, dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı qadın meyiti tapılıb.
Araşdırmalar zamanı həmin qadının aprelin 20-də itkin düşmüş Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Vəfa Rüstəmova olduğu müəyyən edilib.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.