...

İranda iki ağır yol qəzası baş verib: 28 ölü, 35 yaralı

Hadisə Materials 2 May 2013 16:36 (UTC +04:00)
İranda avtobusla iritonnajlı yük avtomobilinin toqquşması nəticəsində 14 nəfər ölüb.
İranda iki ağır yol qəzası baş verib: 28 ölü, 35 yaralı

Azərbaycan, Bakı, 2 may /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranda avtobusla iritonnajlı yük avtomobilinin toqquşması nəticəsində 14 nəfər ölüb. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Qəza Qaraca-Qəzvin şosesində baş verib.

Qəza qurbanlarından 13-ü hadisə yerində, biri isə xəstəxanada ölüb. Hadisə nəticəsində 31 nəfər yaralanıb.

Həmçinin, yük maşınının sürücüsü və sərnişini həlak olub.

Bu gün, həmçinin daha bir ağır yol qəzası baş verib. Belə ki, İranın Əhvaz şəhərindən İsfahan şəhərinə gedən avtobus yolda yük maşınına çırpılıb və alışıb. Avtobusun içərisində olan 14 sərinişin yanaraq həlak olub. 4 nəfər ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bu barədə "Fars" agentliyi məlumat verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti