...

Bakıda "Təzə bazar"ın yanında yanğın baş verib

Hadisə Materials 8 May 2013 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Bakının Nəsimi rayonu ərazisində,"Təzə bazar"ın arxasında yarımçıq tikilidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsindən Trend-ə verilən məlumata görə, yanğının əhatəsi geniş olmadığından yanğınsındürənlər tərəfindən qısa müddət əzrində söndürülüb.

İdarədən, həmçinin həmin ərazidə hansısa liseyin binasında yanğının baş verdiyini də təkzib ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti