Azərbaycan, Bakı, 10 may /Trend/
Banqladeşin paytaxtı Dəkkə şəhərinin yaxınlığında "Rana Plaza" kompleksinin çökməsindən sonra xilasedicilər dağıntılar altından sağ qalan qadını tapıblar. Bu barədə Trend cümə günü RİA Novosti-yə istinadən məlumat verir.
Paltar tikişi və ticarət obyektlərinin yerləşdiyi səkkizmərtəbəli "Rana Plaza" binası aprelin 24-də çöküb, nəticədə 1035 nəfər həyatını itirib. İlkin məlumata görə, faciəyə səbəb kompleksdə qaydalara zidd quraşdırılan generatorların güclü vibrasiyaları olub.
Sağ qalan qadın günorta saatlarında tapılıb. Onu dağıntılar altından çıxarmaq mümkün olub.