...

Qəzet: Türkiyədəki partlayışların arxasında solçu terror qruplaşması dayanır

Hadisə Materials 13 May 2013 12:28 (UTC +04:00)
Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş verən partlayışları İnqilabçı Xalq-Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) törədib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Haber 7" qəzeti xəbər yayıb.
Qəzet: Türkiyədəki partlayışların arxasında solçu terror qruplaşması dayanır

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş verən partlayışları İnqilabçı Xalq-Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) törədib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Haber 7" qəzeti xəbər yayıb.

Məlumata görə, DHKP-C qruplaşmasının partlayışlarda iştirakını Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu da təsdiqləyib. Partlayışların təşkil olunmasında DHKP-C qruplaşması ilə birlikdə, o cümlədən Suriyanın xüsusi xidmət orqanları da iştirak edir. Lakin qəzet bildirir ki, qruplaşmanın əsas məqsədi Türkiyənin paytaxtı Ankarada terror aktı törətmək olub.

Türkiyədə iki minalanmış avtomobil 15 dəqiqə intervalla meriya binasının qarşısında və sənaye rayonunda partlayıb. Nəticədə 46 nəfər həlak olub, 155 adam isə yaralanıb. Türkiyə DİN-in məlumatlarına görə, Reyhanlıda baş verən partlayışlar nəticəsində 11 ictimai binaya, 293 evə, 450 özəl firmanın ofisinə ziyan dəyib, 62 avtomobil yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti