Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İ.İzzət/
Bakı şəhəri Yasamal rayon sakini Zaur Tağıyev tutulub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayon sakini Zaur Tağıyev 6 ədəd "F-1" qumbarasını və ona aid 6 ədəd alışdırıcını satarkən tutulub.
Tağıyev bu satışdan 600 ABŞ dolları qazanacaqmış.