...

Sumqayıtda avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var

Hadisə Materials 20 May 2013 13:37 (UTC +04:00)
Sumqayıt şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sumqayıtda avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 19-da Sumqayıt şəhərinin ərazisində şəhər sakini Aşur Məmiyev idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə Məmiyevin sərnişini, anası Urqiyyə hadisə yerində ölüb. Xəsarət almış özü və digər sərnişini, şəhər sakini Hətəmxan Quliyev isə xəstəxanaya yerləşdiriliblər.

Qəza ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti