...

Balakəndə fındıq bağında narkotik plantasiyası aşkar edildi

Hadisə Materials 21 May 2013 15:42 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti tədbir keçiriblər.
Balakəndə fındıq bağında narkotik plantasiyası aşkar edildi

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Balakəndə fındıq bağında narkotik bitki aşkarlanıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti tədbir keçiriblər.

Keçirilmiş tədbir zamanı rayonun Yeni Şərif kənd sakini, 1988-ci il təvəllüdlü Xattayev Şirin Əli oğlunun yaşadığı evin həyətyanı sahəsində axtarış aparılıb.

Xattayevin yaşadığı evin arxa hissəsindəki fındq bağına baxış zamanı orada kultivasiya yolu ilə əkilmiş və aqrotexniki qaydalarla qulluq edilmiş 210 ədəd narkotik bitki hesab edilən çətənə kolunun şitili aşkarlanaraq götürülüb. Götürülmüş material maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti