Azərbaycan, Bakı, 27 may /Trend, müxbir T.Cəfərov/
İranın Şərqi Azərbaycan əyalətinin Bonab şəhərində poladəritmə zavodunda partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər yaralanıb. Bu barədə Trend İranın Jamnews.ir internet qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, hadisə nəticəsində yaralanan şəxslərin dördünün vəziyyəti ağırdır. Onlar Təbriz şəhər xəstəxanasına yerləşdiriliblər, digər iki nəfərə isə Bonab şəhər xəstəxanasında tibbi yardım göstərilir.