Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini Sevinc Budaqovanın qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının mayın 30-da keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Budaqova saxlanılıb.
Budaqovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.