...

Türkiyədə etirazlar davam edir

Hadisə Materials 2 İyun 2013 23:25 (UTC +04:00)
Taksim Gezi parkındakı hadisələrə dəstək vermək məqsədilə Ankarada etirazlar davam edir.
Türkiyədə etirazlar davam edir

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Taksim Gezi parkındakı hadisələrə dəstək vermək məqsədilə Ankarada etirazlar davam edir.

Trend "CNN Türk" telekanalına istinadən məlumat verir ki, günorta saatlarından etibarən Ankaranın müxtəlif bölgələrindən gələn qruplar Qızılay meydanına toplaşaraq barrikadalar qurub, polis əməkdaşlarına daş atıblar.

Polis etirazçılara qarşı qaz fişənglərindən istifadə edib.

Hazırda polis aksiya iştirakçılarını meydandan ara küçələrə dağıdıb.

İstanbulun Beşiktaş rayonunda da etirazlar davam edir. Burada da barrikadalar qurulub.

Polislə etirazçılar arasında baş vermiş toqquşma nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edilir.

Xəbər lenti

Xəbər lenti