Azərbaycan, Bakı, 3 iyun /Trend/
Xudatda "Mersedes" markalı avtomobil ağaca çırpılıb.
Trend Regional TV-yə istinadən məlumat verir ki, Xudat-Yalama yolunun 5-ci kilometrliyində "99-BL-255" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil sürücüsü ilə birgə yanıb. Sürücü Xudat şəhər, Osman Mirzəyev, 31 ünvanında yaşayan 22 yaşlı Hüseynov Camal Söhrab oğlu olub.
Şahidlərin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Bundan sonra avtomobil alışıb və sürücü ilə birlikdə yanıb.
Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.