Hakerlər Türkiyə Nazirlər Kabinetinin internet saytını dağıdıblar

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir R. Hafizoğlu/
Bu gün "Anonymous" haker qrupu Türkiyə Nazirlər Kabinetinin rəsmi internet səhifəsini dağıdıblar. Bu barədə Trend çərşənbə günü "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, hazırda saytın işi bərpa edilir.
Bəzi xəbər portalları və "Resmi Gazete"nin saytının dağıldıldığı da bildirilir.