...

Türkiyədə etiraz aksiyaları davam edir, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 İyun 2013 23:02 (UTC +04:00)
Trend "CNN Türk" telekanalına istinadən məlumat verir ki, paytaxt Ankarada yağan güclü yağışa baxmayaraq, şəhərin Kızılay meydanına toplaşmaq istəyən nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir.
Türkiyədə etiraz aksiyaları davam edir, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 22:29-da yayılıb)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Türkiyədə etirazlar davam edir.

Trend "CNN Türk" telekanalına istinadən məlumat verir ki, paytaxt Ankarada yağan güclü yağışa baxmayaraq, şəhərin Kızılay meydanına toplaşmaq istəyən nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir.

"Hürriyyət qəzetinin məlumatına görə, polislə qarşıdurma nəticəsində aksiyaçılar arasında xəsarət alanlar var.

Hazırda İstanbulun Taksim meydanına insanların sıx toplaşdığı müşahidə olunur.

Çərşənbə günü - etirazların 9-cu günü Taksim Gezi parkı ilə bağlı etirazlara dəstək məqsədilə İstanbulun Bakırköy rayonunda bir qrup insan avtomobil yolunu bağlayıb.

Etirazçılar yolda oturaraq şüarlar səsləndiriblər. Yolun bağlanması səbəbindən nəqliyyatın hərəkəti dayanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti