...

DİN Bakıda türkiyəli iş adamının qətli ilə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 6 İyun 2013 12:47 (UTC +04:00)
Türkiyə vətəndaşı Alim Məhəmmədin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.
DİN Bakıda türkiyəli iş adamının qətli ilə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Türkiyə vətəndaşı Alim Məhəmmədin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 5-də Yasamal rayonu Azərbaycan prospektindəki "Göyçay Kərpisan LTD" MMC-nin ofisində, həmin cəmiyyətdə icraçı direktor işləyən Türkiyə vətəndaşı Alim Məhəmmədin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti