...

Lənkəranda "toy karvanı"nda zəncirvari qəza baş verib, xəsarət alanlar var

Hadisə Materials 8 İyun 2013 14:00 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda "toy karvanı"nın iştirakı ilə zəncirvari qəza baş verib.
Lənkəranda "toy karvanı"nda zəncirvari qəza baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Lənkəranda "toy karvanı"nda zəncirvari qəza baş verib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəranda "toy karvanı"nın iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Qəza "toy karvanı"nda bir-birini ötməyə cəhd göstərən sürücülərin səhvi ucbatından baş verib.

Qəza zamanı Astara şəhər sakini 25 yaşlı Pənah Nadir oğlu Şərbətovun idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil Lənkəranın Sütəmurdov kənd sakini 40 yaşlı Mehman Sabir oğlu Quliyevin idarə etdiyi "Mersedes" markalı avtomobilə toqquşub.

Zərbənin gücündən "Mersedes" markalı avtomobil Lənkəranın Sütəmurdov kənd sakini 33 yaşlı Samir İbrahim oğlu Vəliyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobilə çırpılıb. "Hyundai Sonata" isə qarşı yola çıxaraq Lənkəran şəhər sakini 49 yaşlı Firdovsi Ağakərim oğlu Babayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillə toqquşub.

Güclü zərbənin təsirindən avtomobillərin dördü də ciddi deformasiyaya uğrayıb. Həmçinin "VAZ-21074" markalı avtomobilin sürücüsü Firdovsi Babayevlə onun yanındakı sərnişin, həyat yoldaşı 43 yaşlı Zəminə Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti