...

ABŞ-da atışma: 7 ölü

Hadisə Materials 8 İyun 2013 17:56 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında silahlı şəxsin ətrafa atəş açması nəticəsində 6 nəfər həlak olub. Atəş açan şəxs isə polis tərəfindən ölmüş vəziyyətdə tapılıb.
ABŞ-da atışma: 7 ölü

Azərbaycan, Bakı, 8 iyun /Trend/

ABŞ-ın Kaliforniya ştatında silahlı şəxsin ətrafa atəş açması nəticəsində 6 nəfər həlak olub. Atəş açan şəxs isə polis tərəfindən ölmüş vəziyyətdə tapılıb.

Trend-in Türkiyə istinadən verdiyi məlumata görə, Los Anceles şəhərində mübahisə etdiyi atası və qardaşını vuraraq öldürdükdən sonra evi gülləbaran edən həmin şəxs daha sonra Santa Monika Universiteti yaxınlığında ətrafa atəş açaraq 2 nəfəri öldürüb. Universitetin kitabxanasına girən qatil burada da 2 nəfəri güllələyərək öldürüb.

Universitet tələbələri böyük qorxu və təşviş içində olublar.

Hadisə şahidləri həmin şəxsin polislə atışma nəticəsində öldüyünü bildirirlər.

Ərazidə olan bütün məktəblər təhlükəsizliyə görə bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti