...

Liviyada silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 25-ə çatıb

Hadisə Materials 9 İyun 2013 05:17 (UTC +04:00)
Liviyanın Benqazi şəhərində Müdafiə Nazirliyinin qulluqçularının iştirakı ilə hərbi briqadalarla dinc sakinlər arasında silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Liviyada silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 25-ə çatıb

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Liviyanın Benqazi şəhərində Müdafiə Nazirliyinin qulluqçularının iştirakı ilə hərbi briqadalarla dinc sakinlər arasında silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb.

Qarşıdurma ölkənin Müdafiə Nazirliyinin dəstəklədiyi silahlı dəstələrlə həmin dəstələrin qanuniləşdirilməsinin əleyhinə olan şəxslər arasında baş verib.

Hadisə nəticəsində xəsarət alanların sayı 70-i ötüb.

Qeyd edək ki, bundan əvvəl 11 nəfərin öldüyü, 58 nəfərin xəsarət aldığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti