...

Yanğınların genişlənməsinin qarşısı alınıb

Hadisə Materials 9 İyun 2013 23:11 (UTC +04:00)
Yanğınların genişlənməsinin qarşısı alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Yanğınların genişlənməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 9 iyun / Trend /

Yanğınların genişlənməsinin qarşısı alınıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda deyilir ki, Abşeron rayonunda gölün ətrafında 10 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 15:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Füzuli şəhərində vətəndaşa məxsus ərazidə 0,2 ha biçilməmiş taxıl sahəsi yanıb.

Ərazidəki digər əkin sahələri yanğından mühafizə olunub.

Yanğın saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şabran şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 0,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti