...

Respublikanın bəzi yerlərində yanğın hadisələri baş verib

Hadisə Materials 15 İyun 2013 22:00 (UTC +04:00)
Respublikanın bəzi yerlərin yanğın hadisələri baş verib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.
Respublikanın bəzi yerlərində yanğın hadisələri baş verib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Respublikanın bəzi yerlərin yanğın hadisələri baş verib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verib.

Məlumatda deyilir ki, Sabirabad rayonu, Sərxanbəyli kəndində vətəndaşa məxsus ərazidə 40 ha sahədə quru ot yanıb. Yanğından otlaq sahəsnin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 16:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gəncə şəhəri, Kəpəz rayonunda şəhərciyə məxsus artizan su quyusunun ümumi sahəsi 6 kv.m olan talvarın altında yerləşmiş gücü 100 kVa olan transformatorun qoruyucu açarı və talvar 1 kv.m sahədə yanıb. Transformator və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabad rayonu, Albalan kəndində (rayon mərkəzindən 12 km aralı), vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tərtər şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti