...

Dənizdə batmış şəxsin cəsədi tapılıb, batmaq təhlükəsi ilə üzləşmiş 9 nəfər xilas olunub

Hadisə Materials 28 İyun 2013 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Dənizdə batmış şəxsin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1995-ci il təvəllüdlü Haciyev Cəsarət Əkrəm oğlu Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən 5000 metr sağa, nəzarətsiz ərazidə) batıb. Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, 4 nəfər Mingəçevir su anbarında ("Mingəçevir" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Həmçinin Bakı şəhəri, Sabunçu rayonunda ("Nardaran-1" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər, Sumqayıt şəhəri, H.Z.Tağıyev və Corat qəsəbələrində batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti