...

Dənizdə köməksiz qalmış balıqçılar xilas olunub

Hadisə Materials 29 İyun 2013 18:04 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonunda (“Seyidli” sularda xilasetmə postundan təxminən 5 km məsafədə nəzarət olunmayan ərazidə) 2 nəfər balıqçı qayığın mühərrikinin xarab olması səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb.
Dənizdə köməksiz qalmış balıqçılar xilas olunub

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Dənizdə köməksiz vəziyyətdə qalmış balıqçılar xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonunda ("Seyidli" sularda xilasetmə postundan təxminən 5 km məsafədə nəzarət olunmayan ərazidə) 2 nəfər balıqçı qayığın mühərrikinin xarab olması səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, vətəndaşları xilas edib və qayığı sahilə çıxarıblar.

Bakı şəhəri, Xəzər rayonunda ("Buzovna" sularda xilasetmə məntəqəsindən təxminən 1500 metr məsafədə nəzarət olunmayan ərazidə) 1 nəfər rezin döşəyin üzərində olarkən küləyin aparması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub.

Həmçinin, Mingəçevir şəhəri, Mingəçevir su anbarında (sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəbər lenti

Xəbər lenti