...

Xaçmazda avtomobil 16 yaşlı piyadanı vurub

Hadisə Materials 3 İyul 2013 02:28 (UTC +04:00)
Xaçmaz rayonunun Sabir-oba kəndi ərazisində “Vaz 21 07” markalı avtomobil 16 yaşlı piyadanı vurub.
Xaçmazda avtomobil 16 yaşlı piyadanı vurub

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Xaçmaz rayonunun Sabir-oba kəndi ərazisində "Vaz 21 07" markalı avtomobil 16 yaşlı piyadanı vurub.

Trend Regional TV-yə istinadən xəbər verir ki, hadisə iyulun 2-si, saat 20:00 radələrində Gəndob-Yalama yolunun 33-cü km-də, magistralın Xaçmaz rayonunun Sabir-oba kəndi ərazisindən keçən hissəsində baş verib.

34 yaşlı Xaçmaz rayonunun Nərəcan kənd sakini Anar Xəlilovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil yolu keçən piyada 16 yaşlı Xaçmaz rayonunun Çiləgir kənd sakini Coşqun Dadaşovu vurub.

Daha sonra nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca dəyib.

Nəticədə vurulan piyada və sürücü xəsarət alıb. Onlar Xaçmaz MRX-na çatdırılıb. Sürücü Anar Xəlilovun xəsarətləri yüngül olduğundan o, ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Lakin piyada Coşqun Dadaşovun xəsarəti ağır olduğundan o, tibb müəssisəsinin cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza zamanı idarəetməni itirən nəqliyyat vasitəsi "Mürşüd oba" kəndinin adı yazılan lövhəni də aşırıb. İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti