...

Bərdədə kanala düşdüyü ehtimal edilən şəxsin axtarışları nəticə vermir

Hadisə Materials 4 İyul 2013 20:21 (UTC +04:00)
Trend EL TV-yə istinadən məlumat verir ki, Bərdədə bank olmayan kredit təşkilatında kredit mütəxəssisi işləyən Anar Ələkbərov naməlum şəraitdə itkin düşüb.
Bərdədə kanala düşdüyü ehtimal edilən şəxsin axtarışları nəticə vermir

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Bərdədə kanala düşdüyü ehtimal edilən şəxsin axtarışları nəticə vermir.

Trend EL TV-yə istinadən məlumat verir ki, Bərdədə bank olmayan kredit təşkilatında kredit mütəxəssisi işləyən Anar Ələkbərov naməlum şəraitdə itkin düşüb.

Qeyri-rəsmi məlumatlara görə, həmin gün Anar Ələkbərovla kredit verdiyi müştərilərdən biri mübahisə edib. Mübahisədən bir neçə saat sonra Anarın yoxa çıxması onun yaxınlarında şübhə doğurub. Mübahisə edən şəxslərin Anar Ələkbərovu Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalına atmaları ehtimal edilir. Bu səbəbdən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri kanalda axtarış işləri aparıb. Aparılan axtarışlar hələlik heç bir nəticə verməyib.

İtkin hesab edilən Anar Ələkbərovun mobil telefonunun bağlı olması onun öldürülmə ehtimalını daha da artırır. Hazırda hadisə ilə bağlı rayon hüquq mühafizə orqanı əməkdaşları tərəfindən bütün şübhə doğuran ehtimallar üzrə təhqiqatlar aparılır.

Fövqəladə Hallar Nazirliyinin çərşənbə günü yaydığı məlumata görə, 1986-cı il təvəllüdlü Anar Nizam oğlu Ələkbərovun Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Hüseynbəyli kəndi ərazisindən keçən hissəsinə düşdüyü ehtimal edilir. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. Hələlik axtarışlar nəticə verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti