...

Sabirabadda narkotik bitki becərən şəxs həbs edilib

Hadisə Materials 5 İyul 2013 01:10 (UTC +04:00)
Sabirabad rayonunda narkotik maddələrin qeyri-qanuni satışı ilə məşğul olan şəxs saxlanılıb.
Sabirabadda narkotik bitki becərən şəxs həbs edilib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Sabirabad rayonunda narkotik maddələrin qeyri-qanuni satışı ilə məşğul olan şəxs saxlanılıb.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, Sabirabad polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaratəpə kənd sakini 46 yaşlı Alışov Azər Kamal oğlunun yaşadığı evin həyətyanı sahəsində, xüsusi aqrotexniki qaydada qulluq edilmiş 82 ədəd narkotik xassəli çətənə kolları aşkarlanıb. Bu azmış kimi, onun evindən də əkdiyi məhsulun bəhrəsi olan 422 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin sözlərinə görə, əkib-becərdiyi narkotik xassəli çətənə kollarını özü istifadə edirmiş.

Artıq Azər Alışovla bağlı həbs qətimkan tədbiri seçilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti