...

İranın Qəzvin şəhərində 5 nəfər edam olunub

Hadisə Materials 7 İyul 2013 15:13 (UTC +04:00)
Bu gün səhər İranın Qəzvin şəhərində 5 nəfər edam olunub. Trend-in İranın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qəzvin şəhər prokuroru İsmail Sadeqi deyib.
İranın Qəzvin şəhərində 5 nəfər edam olunub

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Qəzvin şəhərində 5 nəfər edam olunub. Trend-in İranın "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qəzvin şəhər prokuroru İsmail Sadeqi deyib.

Sadeqi bildirib ki, həmin şəxslərdən 3-ü narkotik qaçaqmalçılığı, 2-si isə qəsdən adam öldürməkdə ittiham edilərək edama məhkum olunub.

Beynəlxalq KİV-in məlumatına görə, 2012-ci ildə İranda 587 nəfər edam edilib. Həmin şəxslərin böyük əksəriyyəti narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə edam olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib.

Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikada göstəriləndən daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti