Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda Suraxanı rayonu ərazisində sərnişin avtobusu qəza törədərək aşıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər xəsarət alıb.
Onlardan 6 nəfərinin vəziyyəti orta-ağır, digər 2 nəfərin isə vəziyyəti yüngül qiymətləndirilir.
Suraxanı rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, qəzaya səbəb avtobusun resorunun qırılması olub.